Bakıda binada yanğın təhlükəsizliyi texnikasında problem yaranıb - FOTO

Binəqədi rayonu, Eldar Babayev küçəsində yaşayan şəxslər şikayətçidirlər.
Bu barədə "İnterPosta"ıın redaksiyasına sözügedən küçədə yaşayan vətəndaşlar müraciət ediblər.
Onlar bildiriblər ki, “Parlaq” MTK-nın inşa etdiyi 4V binasında yanğın təhlükəsizliyi texnikası qaydasında deyil.
Vətəndaşlar əlavə ediblər ki, məsələ barədə Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlasalar da, onları cavab verməyən nömrələrə yönləndirirlər.
Qeyd edək ki, bina təhvil verilən zaman yanğın təhlükəsizliyi texnikası qaydasında olub.
Məsələ ilə bağlı FHN ilə əlaqə saxladıq.
Qurumdan saytımıza bildirildi ki, belə hallarda Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat vermək lazımdır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26