Interposta.Info

Prezident rektoru vəzifəsindən azad etdi (SƏRƏNCAM)

Ölkə / Manşet
 19-07-2022, 21:05     388

Akif Şamil oğlu Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilib.

"İnterPosta" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Akif Süleymanov 1951-ci ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olub. Azərbaycan Respublikası Prezdentinin 14 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona "Əməkdar müəllim" fəxri adı adı verilib. 13 mart 2013-cü il tarixində İlham Əliyevin sərəncamı ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsinə təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26