Interposta.Info

29 illik həsrətə son: Böyük qayıdış başladı - VİDEO

Ölkə
 19-07-2022, 18:48     192

Bu gün 10 ailə Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb.

Baku TV-nin çəkiliş qrupu doğma yurdlarına qayıdan sakinlərin köç prosesini işıqlandırıb.
29 illik həsrətlərinin sona çatdığını deyən sakinlər Ağalıya qayıtdıqları üçün sevinclərinin həddi-hüdudu olmadığını bildiriblər.

Qeyd edək ki, qarşıdakı beş gün ərzində daha 41 ailənin kəndə köçürülməsi nəzərdə tutulub.

Bununla da iyulun sonuna qədər Böyük Qayıdışın birinci mərhələsi tamamlanmış olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26