Interposta.Info

İspaniyada istilər səbəbindən 43 nəfər ölüb

Ölkə
 15-07-2022, 17:48     231

III Karlos Sağlamlıq İnstitutunun məlumatına görə, İspaniyanı bürüyən ekstremal istilər bu həftənin ilk iki günündə 43 nəfərin həyatına son qoyub.

AZƏRTAC xəbər verir ki, İspaniyanın Dövlət Meteorologiya İdarəsi həddindən artıq istilərin iyulun 18-dək davam edəcəyi barədə xəbərdarlıq edib. İstilik Britaniya adalarının cənub-qərbində yerləşən geniş və güclü Atlantik antisiklonunun nəticəsidir.

Həddindən artıq istilər Kaseres və Salamanka əyalətlərində də səngiməyən meşə yanğınlarını artırır. Yanğın Las Hurdes və Las Mestas bölgələrindəki 6 min hektardan çox ərazini məhv edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26