Interposta.Info

ETSN: Sabah havanın temperaturu aşağı enəcək

Müxtəlif
 1-07-2018, 20:43     10 472

2 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarımadasında gözlənilən şimal küləyi temperaturun bir qədər aşağı enməsinə səbəb olacaq.

"XeberBiz" xəbər verir ki, bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Bildirilir ki, lakin iyulun 3-4-də yenidən kəskin istilər müşahidə ediləcək. İyulun 5-dən 8-dək arabir güclənən şimal küləyi müsbət amil olacaq və havanın temperaturu iqlim norma göstəricilərinə yaxınlaşacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26