Öz istədiyi işlə təmin olunan Asif sıxıntı yaşayan qazi dostlarına SƏSLƏNDİ - VİDEO

Vətən müharibəsi qazisi 21 yaşlı Talıblı Asif Soltanağa oğlu həqiqi hərbi xidmətinin bitməsinə dörd gün qalmış Vətən müharibəsinə qatılır.
O, hərbi əməliyyatlar zamanı minaya düşərək sol ayağını itirir.
Müharibədən sonra qazi protez, avtomobil və mənzillə təmin edilib. Hazırda səhhətində heç bir problem olmadığını deyən Asif iş üçün müraciət edib.
O, hazırda Abşeron rayonu Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda nəzarətçi kimi işləyir.
Asif bir çox iş təklifləri alsa da iş rejimi və çalışdığı yerin yaşadığı əraziyə yaxın olması səbəbindən hazırda işindən razı olduğunu və onu qane etdiyini vurğulayıb.
Qazi dostlarına səslənən Asif sıxıntı yaşamamalarını və özləri ilə fəxr etməli olduqlarını söyləyib:
“İnsanların rahat gəzməsində faydamız olubsa, buna baxıb sevinmək lazımdı. Hər kəsin üzündə təbəssüm görürüksə, bunun özü fəxrdir”.
Daha ətraflı Baku TV-nin süjetində:
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26