Interposta.Info

Sürücülərin nəzərinə: Bakıda bəzi yollarda sıxlıq var - SİYAHI

Ölkə
 8-07-2022, 09:39     317

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarındakı vəziyyəti açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, hazırda yollarda vəziyyət aşağıdakı kimidir:

1. Bakı-Sumqayıt şosesində – Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;

2. Binəqədi şosesində - mərkəz - “Azadlıq prospekti” metro stansiyası istiqamətində sıxlıq;

3. Moskva prospektində - “Alov” zavodun qarşısından “20 Yanvar” dairəsinə qədər kənar yolda sıxlıq;

4. Ziya Bünyadov prospektində - Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq;

5. Heydər Əliyev prospektində - “Koroğlu” metro stansiyasının qarşısından 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısına qədər əsas və kənar yolda sıxlıq;

6. Koroğlu Rəhimov küçəsində, Təbriz küçəsi ilə kəsişmədən Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26