Interposta.Info

Kürdəmirdə yol qəzasında iki nəfər xəsarət alıb - FOTO

Ölkə
 5-07-2022, 23:44     70

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü həmin yolda hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobildə olan Kürdəmir sakini 27 yaşlı Göyüşova Şəhanə Rasim qızı və 29 yaşlı Bərdə rayon sakini Əhmədli Hüseyn Seymur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Fakt araşdırılır.

İnterPosta.info







Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26