Interposta.Info

Rayonlara yağış yağacaq, şimşək çaxacaq

Ölkə
 30-06-2022, 16:51     204

Yaxın günlərdə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "İnterPosta"-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 1-dən 3-ü səhərədək şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s, 2-si gündüz yarımadanın bəzi yerlərində arabir 25-28 m/s olacaq.

Azərbaycanın rayonlarında iyulun 5-dək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, arabir 23 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26