Interposta.Info

Türkiyədə təlimləri uğurla bitirən azərbaycanlı kursantlara sertifikatlar təqdim olunub

Ölkə
 30-06-2022, 11:21     174

“Türkiyənin Nevşehir şəhərində Jandarma At və İt Təlim Mərkəzi Komandanlığında (JAİTM) Azərbaycan, Qazaxıstan və Qırğız Respublikasından olan kadrlar da daxil olmaqla ümumilikdə 104 kursantın iştirak etdiyi xüsusi təlim keçmiş itlərin hazırlanması kursları uğurla başa çatıb”.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Jandarm Baş Komandanlığı məlumat yayıb.

Bildirilib ki, fevralın 7-dən iyunun 24-dək davam edən təlimləri uğurla başa vuran kursantlara sertifikatları JAİTM-nin komandanı jandarma polkovniki İlyas Uysal təqdim edib.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26