Interposta.Info

Bu gündən Bakıda bu pulsuz xidmət dayandırılır (RƏSMİ)

Ölkə
 29-06-2022, 12:10     242

Bakıda bir çox yerdə quraşdırılan "pulsuz Wi-Fi" xidməti dayandırılacaq.

"İnterPosta" xəbər verir ki, bu barədə İTV-yə açıqlamasında "Bakı Telefon Rabitəsi" MMC-nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Alidə Mustafayeva bildirib.

Onun sözlərinə görə, 29 iyundan etibarən bu ərazilərdə "İctimai Wi-Fi" xidməti fəaliyyət göstərməyəcək:

"Qış parkı"
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi
"Sabir bağı”
"Xaqani” bağı
"Axundov bağı”
Ətraflı
Ad - 00:15
"Zabitlər” parkı
"Hüseyn Cavid” parkı
"İzmir” parkı
"Sahil bağı”
"Səməd Vurğun” bağı
"Muğan” bağı,
"Fashion Avenue” parkı
"Dədə Qorqud” parkı
Beynəlxalq Avtovağzalın perronu.

Eyni zamanda üç ərazidə "pulsuz Wi-Fi" xidmətinin fəaliyyətinin daha da təkminləşdirilməsi nəzərdə tutulub. Bunlar Dənizkənarı Milli Park, Dövlət Bayraq Meydanı, Heydər Əliyev Məkrəzinin parkıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26