Interposta.Info

Paytaxt yollarında son vəziyyət: Sıxlıq olan küçələrin SİYAHISI

Ölkə / Manşet
 24-06-2022, 10:04     393

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:


1. Bakı Sumqayıt şossesi - Xırdalan dairəsindən başlayaraq “20 Yanvar” dairəsinə qədər sıxlıq müşahidə edilir.

2. Ziya Bünyadov prospekti - Çermet körpüsünün üzərindən başlayaraq Atatürk prospekti ilə kəsişməyə qədər “20 Yanvar” dairəsi istiqamətdə sıxlıq müşahidə edilir.

3. Tbilisi prospekti - “20 Yanvar” dairəsindən başlayaraq mərkəz istiqamətində sıxlıq müşahidə edilir.

4. Heydər Əliyev prospekti - şəhər istiqamətdə “Koroğlu” metro stansiyasının qarşısından başlayaraq Heydər Əliyev Mərkəzinin qarşısına qədər sıxlıq müşahidə edilir.

5. Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər həmin istiqamətdə sıxlıq müşahidə edilir.

6. Alı Mustafayev küçəsi - velotrekin qarşısından başlayaraq Ziya Bünyadov prospekti istiqamətdə Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir.

7. Badamdar şossesi - Nəbatat bağının qarşısından başlayaraq Parlament prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir.

8. 28 May küçəsi - Səməd Vurğun parkının qarşısından başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir.

9. Üzeyir Hacıbəyli küçəsi - Yusif Səfərov küçəsi ilə kəsişmədən başlayaraq Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir.

10. Bakıxanov küçəsi - Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26