Interposta.Info

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir (SİYAHI)

Ölkə
 18-06-2022, 15:00     375

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı daha bir məlumat yayıb.

"İnterPosta"Mərkəzin məlumatını təqdim edir:

1. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda 20 Yanvar dairəsi istiqamətində sıxlıq

2. Tbilisi prospektində, İzmir küçəsi ilə kəsişmədən 20 yanvar dairəsi istiqamətində sıxlıq

3. Abbasqulu ağa Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində nisbətən sıxlıq

4. Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

5. Neftçilər prospektində Əziz Əliyev küçəsi ilə kəsişməyə çatmamış Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

İnterPosta..info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26