Interposta.Info

Dolları bahalaşdıracaq QƏRAR VERİLDİ

Ölkə
 16-06-2022, 09:10     212


ABŞ Federal Ehtiyat Sistemi (FED) siyasət faizini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu artım 1994-cü ildən bəri ən sürətli faiz artımıdır.

Bu barədə "TRT Haber" məlumat yayıb.

FED-dən verilən açıqlamaya görə faizin artırılması qərarına 1-ə qarşı 10 nəfər səslə verib. "Kanzas Siti Fed"in sədri Ester Corcun isə 50 baz bənd artırılmasına səs verdiyi bildirilib.

Federal Açıq Bazar Komitəsinin (FOMC) uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 faiz inflyasiya əldə etməyi hədəflədiyi vurğulanaraq, bu hədəfləri dəstəkləmək üçün federal fond faizinin yüzdə 1,50-1,75 aralığına qaldırılmasına qərar verildiyi bildirilib. Qeyd edilib ki, davamlı artımların məqsədəuyğun olacağı gözlənilir./publika.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26