Interposta.Info

FED dollarla bağlı qərar verdi

İqtisadiyyat
 17-03-2021, 22:48     161

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) 2021-ci ildəki ikinci iclasının nəticəsinə əsasən növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

"İnterPosta"xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir. Qərar bir sıra mütəxəssislərin proqnozları ilə üst-üstə düşür. Bəzi ekspertlər FED-in uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayacağını proqnozlaşdırırdılar.

Federal Ehtiyat Sistemi 2022 və 2023-cü illərdə ABŞ-da inflyasiyanın müvafiq olaraq 2% və 2,1% səviyyədə olacağını gözləyir.

FED-dən həmçinin bildirilib ki, 2022 və 2023-cü illərdə ABŞ-da ümumi daxili məhsulun (ÜDM) müvafiq olaraq 3,3% və 2,2% artımı gözlənilir.

Xatırladaq ki, FED cari ildə yanvarın 27-də keçirilən ilk iclasında uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlamışdı.

Qeyd olunurdu ki, komitə (Açıq bazarda əməliyyatlar üzrə) əmək bazarı şərtləri məşğulluğun maksimum qiymətləndirilməsinə uyğun səviyyələrə çatana qədər və inflyasiya artımı 2 faiz olana kimi federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% səviyyəsində saxlamaq niyyətindədir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26