Interposta.Info

Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ev dustaqlığına buraxılıb

Ölkə
 31-05-2022, 15:20     280


Binəqədi Rayon Məhkəməsində Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev və şəhər icra nümayəndəsi Rəşad Şükürov barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Vəkillərin vəsatətləri təmin edilib.

Qərara əsasən, Vahid İsayev və Rəşad Şükürov barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Bildirilib ki, hazırda iş üzrə istintaq davam etdirilir.

Xatırladaq ki, hər iki vəzifəli şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi tərəfindən tutulub. Vahid İsayev və Rəşad Şükürov Göyçay Rayon İcra Hakimiyyətindəki qanun pozuntularında təqsirləndirilirlər./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26