Interposta.Info

Davosda şam yeməyində hansı mövzulardan danışılıb? - Mikayıl Cabbarov AÇIQLADI

 

Ölkə
 25-05-2022, 12:16     292

Mikayıl Cabbarov Davos Dünya İqtisadi Forumu (World Economic Forum) çərçivəsində “Neft və qaz” mövzusunda birgə işçi şam yeməyində iştirak edib.

"İnterPosta" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə "Facebook" hesabında paylaşım edib.

“Regional proseslərin enerji bazarlarına təsiri, təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidin əhəmiyyəti, Azərbaycanda bərpaolunan enerji mənbələrinin yüksək potensialı və yaşıl enerji məkanı prinsiplərinə əsaslanaraq həmin enerjinin iqtisadiyyatın bütün sahələrində istifadəsi imkanları barədə danışdıq”, - deyə nazir qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26