Interposta.Info

Bakıda hərbi formada dilənçilik edənə bu cəza verildi - VİDEO

Ölkə
 24-05-2022, 12:45     212



Bakıda qazi adı ilə dilənçilik edən şəxsə 30 sutka həbs cəzası verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Ağadadaş Qurbanov və Salayev küçələrinin kəsişməsində özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov barəsindəki protokola Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə ona 30 sutka inzibati həbs cəzası təyin edib.

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi Ümid Məmmədovun görüntülərini yayıb. Bildirilib ki, o, daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.

Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədovun daha əvvəl də bir neçə dəfə müxtəlif əməllərə görə tutulduğu qeyd edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26