Interposta.Info

Baş prokuror anonsunu verdi: Bu cinayətlərin açılması çox yaxındır - VİDEO

Ölkə / Manşet
 19-05-2022, 09:16     244

İllər əvvəl törədilən və bağlı qalan ağır cinayətlərin üstünün açılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam edir. Bununla bağlı Baş Prokurorluqda xüsusi istintaq qrupu da yaradılıb.

Jurnalistlərə açıqlama verən Baş prokuror Kamran Əliyev yaxın günlərdə bir sıra ağır cinayətlərin üstünün açılacağı anonsunu verib:

''Son bir il ərzində uzun illər bağlı qalan 10-dan çox ağır cinayətin üstü açılıb''.

''Xəzər Xəbər''in bununla bağlı sualını cavablandıran Baş Prokuror Kamran Əliyev bildirib ki, 10,15 və hətta 18 il əvvəl törədilən və bağlı qalan qətl hadisələrinin üstünü açmaq üçün Baş Prokurorluqda xüsusi istintaq qrupu da yaradılıb.

Kamran Əliyevin sözlərinə görə, belə cinayətlərin açılması üçün Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqləri və əməliyyatçıları birgə fəaliyyət göstərirlər.

Xatırladaq ki, ən son, bir neçə gün əvvəl 2004-cü ildə Bakıda nənə ilə nəvəsini qətlə yetirməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26