Interposta.Info

Ermənilər də daxil olmaqla 7 lobbi qrupu hərəkətə keçdi – Anti-Türkiyə PLANI

Ölkə
 18-05-2022, 18:27     186

ABŞ-ın Ankaranın F-16 tələbinə “yaşıl işıq” yandırmasından sonra anti-Türkiyə lobbisi hərəkətə keçib.

"İnterPosta" Publika.az-a istinadən xəbər verir ki, Türkiyə ABŞ-dan 40 ədəd F-16 və 80 modernləşdirilmiş dəsti almaq üçün müraciət edib. Bayden administrasiyası Konqresdən buna icazə verilməsini istəyib.

Amerika Erməniləri Milli Komitəsi (ANCA) də daxil olmaqla 7 lobbi qrupu F-16-ların satışına qadağa qoyulması üçün kampaniyaya başlayıb.

Lobbi qrupları müraciət yayaraq, Konqresin satışa icazə verməməsini tələb edir. Bunun ABŞ-ın milli dəyərlərinə zidd olduğu iddia olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26