Interposta.Info

Deputat etiraz aksiyaları keçirmək istəyənləri “beşinci kolon” adlandırdı

Ölkə
 13-05-2022, 11:27     204

“Qərb fondları və institutları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır”.

Bunu Milli Məclisin iclasında deputat Cavid Osmanov deyib.

O bildirib ki, Azərbaycandakı bəzi qüvvələr həmin fondların sifarişini yerinə yetirir.

“Həmin qüvvələr Azərbaycanda qarşıdurma yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq istəyirlər. Amma onlar öz istədiklərinə nail ola bilməyəcəklər. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib”, - deyə Cavid Osmanov əlavə edib.

Deputat həmin qüvvələri “beşinci kolon” adlandırıb./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26