Interposta.Info

Prezident İlham Əliyevin mühüm bəyanatları Moldova mediasında...

Ölkə
 29-04-2022, 22:57     324

Prezident İlham Əliyevin ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransında çıxışı Moldova KİV-də geniş dərc olunub.

Tribuna.md və NOİ.md informasiya agentliklərində Dövlət başçısının Azərbaycan-Ermənistan münasibətləri, regionda baş verən hadisələr ilə bağlı fikirləri yer alıb.

NOİ.md informasiya portalında Prezident İlham Əliyevin fikirlərinə istinadən “Ermənistanla sülh sazişinin imzalanmağın vaxtı gəlib” adlı məqalə dərc olunub. Məqalədə Azərbaycanın sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiyi bildirilir.

TRİBUNA.md informasiya portalında Prezident İlham Əliyevin sitatlarına istinadla yazılır: “Yaxın on ildə biz daha güclü olacağıq və mən ümid edirəm ki, o zaman, bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz regionu tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26