Interposta.Info

70 yaşlı kişi keçmiş kürəkənini niyə öldürüb? TƏFƏRRÜAT

Ölkə
 27-04-2022, 11:16     241

Ötən gün Salyanda 70 yaşlı kişinin keçmiş kürəkənini öldürməsinin bəzi təfərrüatları məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, 1985-ci il təvəllüdlü Faiq Məlikov, gecə saatlarında uşaqlarını görmək adıyla rayonun Qarabağlı kəndində yaşayan keçmiş qayınatası Məlikağa Əliyevin evinə gəlib.

Bu zaman yatılı vəziyyətdə olan Məlikağa Əliyev evdə tək olub. Keçmiş qayınatasına hücum edən Faiq Məlikovla 70 yaşlı kişi arasında əlbayaxa dava baş verib. Davanın davamında isə ev sahibi qızının keçmiş ərinə 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirib.

Məlumata görə, yaşlı kişi hadisə barədə əvvəlcə ailə üzvlərinə, daha sonra polisə məlumatı verib.

Qeyd edək ki, hadisə nəticəsində ölən rayonun Kərimbəyli kənd sakini Faiq Məlikov, həyat yoldaşı Rəvanə Əliyeva ilə ötən ilin noyabrında ayrılıblar. Onların iki övladı olub. Faiq Məlikov kənddə şadlıq evində aşpaz işləyirmiş.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26