Interposta.Info

Eldar Əzizov BNA-ya kurator təyin etdi

Ölkə
 14-04-2022, 16:35     430

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsə kurator təyin edib.

Qaynarinfo-nun BŞİH-dəki mənbədən əldə etdiyi məlumata görə, Eldar Əzizovun müvafiq əmri ilə müvəqqəti olaraq Ayaz Məhəmməd oğlu Hüseynov BNA-ya kurator təyin olunub.

Xəbəri Bakı Şəhər İcra Hakimiyyəti ilə dəqiqləşdirməyə çalışsaq da, qurumun mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov telefon zənglərimizə cavab vermədi.

Qeyd edək ki, Ayaz Hüseynov Bakı meriyasının şəhər təsərrüfatı şöbəsinin müdiridir.

Xatırladaq ki, bu ilin fevral ayında Przident İlham Əliyevin Fərmanı ilə Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26