Interposta.Info

Yeni doğulan körpəsini öldürən qadın həbs edildi

Ölkə
 5-04-2022, 20:47     245

Bakıda yeni doğulmuş uşağını qəsdən öldürməkdə təqsirləndirilən qadın həbs edilib.

"İnterPosta" xəbər verir ki, Nizami rayon Məhkəməsində A.K (ad, soyad şərtidir) barəsində istintaq orqanının təqdimatına baxılıb.

Təqdimat təmin edilib və A.K barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, martın 31-də Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.04.2022-ci il tarixdə A.K.(ad şərtidir) Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26