Interposta.Info

Ordumuz Naxçıvanda təlimlərə başladı (VİDEO)

 

Ölkə / Manşet
 1-04-2022, 17:05     110

"Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi keçirilir.

"İnterPosta" xəbər verir ki, komanda-qərargah təliminin ssenarisinə uyğun olaraq müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələri "Həyəcan” siqnalı ilə qaldırılıb.

Təlimdə komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib aktiv radioelektron mübarizə şəraitində yuxarı qərargaha məruzə etməsinə, tabelikdə olanlara çatdırmasına, döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.

Çətin keçiləbilən dağlıq ərazilərdə aşkar edilən şərti düşmənin terror qruplaşmaları xüsusi həmlə qruplarımız tərəfindən dronların və pilotsuz uçuş aparatlarının dəstəyi ilə məhv edilib və hakim yüksəkliklər ələ keçirilib.

Tank təhlükəli istiqamətlərdə açılma həddlərini tutan tank əleyhinə bölmələrimiz tərəfindən düzünə və yarımdüzünə tuşlama ilə şərti düşmənin zirehli texnikaları məhv edilib.

Aviasiya ilə qarşılıqlı əlaqə suallarının işlənildiyi təlimdə hava hücumundan müdafiə bölmələri şərti düşmənin hava hücum vasitələri və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyətləri icra ediblər.

Qərargahlar üçün əməliyyat şəraitinin daha da mürəkkəbləşdirilməsi məqsədilə əlavə qüvvələrin cəlb edildiyi komanda-qərargah təlimi davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26