Interposta.Info

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı təlimlər keçirilir - FOTO+VİDEO

Müxtəlif / Manşet
 1-08-2020, 18:54     1 006

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.

"İnterPosta" məlumatına görə, təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək "Həyəcan" siqnalı ilə təlim rayonuna çıxarılıb.

Komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunların fasiləsiz idarə olunması praktiki yerinə yetirilir, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərir.

Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotoji manevrlərlə təlim-məşq uçuşları keçirilir.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26