Interposta.Info

Bu şəxslərə sudan istifadə ödənişsizdir - RƏSMİ AÇIQLAMA VİDEO

Ölkə
 1-04-2022, 10:06     245

"Torpaq sahələrinin sahibləri öz ehtiyaclarını ödəmək üçün təzyiqsiz su quyularının qazılmasını və istismarını ödənişsiz həyata keçirə bilərlər. Əhalinin həyətyanı sahələrində istifadə etdiyi fərdi su quyularının mütləq əksəriyyəti bu kateqoriyaya aiddir, yəni ödənişdən azaddır".

Musavat.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə "Sudan ödənişli istifadə Qaydaları"na edilən dəyişikliklərlə bağlı yaranan anlaşılmazlıqları şərh edərkən deyib.

Yeni qaydalar su ehtiyatlarından ödənişli istifadə sahəsində indiyədək ayrı-ayrı qanunvericilik aktlarında pərakəndə şəkildə tənzimlənən və dəqiq uçotun və qiymətləndirmənin aparılmasına imkan verməyən mexanizmləri vahid sənəddə birləşdirilməsinə yönəlib.

Nazir müşaviri bildirib ki, yeni qaydalar Mingəçevir su anbarından başlayaraq Xəzərə dənizinə qədər Kür çayı üzrə sudan istifadəsinin tənzimlənməsi suya qənaət etməyə, ondan səmərəli istifadəyə və duzlaşma probleminin həllinə də kömək edəcəkdir.

O da bildirlib ki, ümumi istifadədə olan su obyektlərindən çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə məqsədilə istifadə də ödənişsizdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26