Ölkə ərazisində olan faktiki hava açıqlandı

Martın 28-i saat 10:00-a olan məlumata əsasən, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Milli Hidrometeorologiya Xidmətindən "İnterPosta"ya verilən xəbərə görə, qərb küləyi arabir Şəkidə 25 m/s, İsmayıllı, Qobustanda 24 m/s, Göyçay, Naftalan, Daşkəsəndə 20 m/s, Ağsu, Şabran, Gədəbəydə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtər, Bərdə, Qəbələ, Qubada 16 m/s, Bakıda və Abşeron yarımadasında - Bakıda 28 m/s, Maştağada 20 m/s, Neft Daşları, Çilov adası, Binədə 19 m/s, Sumqayıtda 18 m/s, Pirallahıda 17 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.9 metrə çatıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26