Interposta.Info

Mart ayında hava şəraitinin sərt keçməsinə aydınlıq gətirildi

Ölkə
 18-03-2022, 17:37     344

"Bu ilin mart ayı soyuq keçir. Hətta havanın temperaturu çoxillik norma göstəricilərindən 4 dərəcə aşağıdır".

"İnterPosta" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı”nda deyib.
Ətraflı

Onun sözlərinə görə, mart ayında müşahidə olunan sonuncu ən soyuq vaxt 2012-ci ildə qeydə alınıb: "Həmin vaxt 2.9 dərəcə şaxta qeyd alınmışdı. Həmçinin paytaxda qar örtüyü də əmələ gəlmişdi".

Xidmət rəisi vurğulayıb ki, hazırda ölkə ərazisində müşahidə olunan hava şəraiti rekord göstərici deyil: "Mart ayı hər zaman sürprizlərlə dolu olub. Hətta 2013-cü ildə Bakıda 28 dərəcə isti də qeydə alınmışdı”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26