Interposta.Info

"Məlum oldu ki, Maqsud qızılları götürüb qaçıb" - Məhkəmə

 

Ölkə
 16-03-2022, 17:11     1 993

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"İnterPosta" Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Reyhan Mahmudova bildirib ki, lombarda 600 manatlıq qızıl qoyub əvəzində 150 manat götürüb.

"Pulu qaytarandan sonra bir ay qızılı ala bilmədim. Bir aydan sonra qızılımı qaytardılar. Qızılı verəndə Maqsud orada idi, amma mən onunla söhbət etməmişəm. Qızılı da Mədinəyə vermişəm, pulu da ondan götürmüşəm. Pulu qaytarandan sonra məlum oldu ki, Maqsud qızılları götürüb qaçıb. Mən və digər zərərçəkmişlər polisə şikayət etdik. Ondan sonra qızıllarını qaytardılar. Mən əvvəllər də 2 il lombardla işləmişik. Yoldaşım pul qoyub qızıl götürürdü. Heç vaxt problem olmurdu",-deyə zərərçəkmiş bildirib.

Digər zərərçəkmiş Zemfira Əsgərova isə bildirib ki, ona qızılının oğurlanması ilə bağlı zəng edilib: "Dedilər ki, Maqsud qızılları "atıb". Mən də yoldaşımla lombarda getdim, gördüm qapı bağlıdır. Mədinə xanıma zəng vurdum, dedi ki, get şikayət elə. Mən də şikayət etdim. Şikayətdən sonra çağırıb qızıllarımı verdilər. Şikayət edəndə pulu tam ödəməmişdim. Qızılı gətirdilər, pulu ödədim

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 ((təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26