Bakıda polis şöbələrindən birinə rəis təyin edildi

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 15-ci Polis Bölməsinin (PB) rəisi Fəxrin Bektaşi yeni vəzifəyə təyin edilib.
"İnterPosta" xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, F.Bektaşi 15-ci PB-nin rəisi vəzifəsindən azad edilərək Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə rəis təyin olunub.
Qeyd edək ki, F.Bektaşi 2019-cu ildən Sabunçu RPİ-nin 15-ci PB-nin rəisi vəzifəsində çalışırdı.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26