Interposta.Info

Silah oğurlayan sabiq polislərə hökm oxundu

Ölkə
 11-03-2022, 18:49     340

Silah oğurluğunda təqsirləndirilən Sabunçu rayon Polis İdarəsinin sabiq əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"İnterPosta" APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Musa Allahverdiyev 5 il 6 ay, Cavid Hüseynov isə 3 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Sabunçu rayon Polis İdarəsində aparılan yoxlama zamanı "Zəfər K” tapançalarından birinin yoxa çıxdığı məlum olub.

Dörd ay davam edən axtarışdan sonra 2021-ci ilin aprel ayında Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bu məsələ ilə əlaqədar saxlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26