Interposta.Info

TƏCİLİ! Ağdamda mövqelərimiz 28 dəfə atəşə tutuldu

Ölkə / Manşet
 10-03-2022, 09:55     325

Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə 28 dəfə atəşə tutub.

Bu barədə "İnterPosta"ya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26