Interposta.Info

Ötən il DSX-də 204 cinayət işi istintaq edildi

 

Ölkə
 9-03-2022, 22:28     212

Ötən il Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq və Təhqiqat İdarəsi tərəfindən 204 cinayət işi istintaq edilib.

"İnterPosta" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

Sənəddə qeyd olunub ki, həmin cinayət işlərindən 70 iş baxılması üçün aidiyyəti üzrə məhkəmələrə, 6 iş aidiyyəti üzrə göndərilib, 1 cinayət işinin icraatına xitam verilib, 85 cinayat işinin icraatı dayandırılıb, 42 cinayət işi növbəti hesabat dövrünə qalıq qalıb.

Hesabat dövründə İstintaq və Təhqiqat İdarəsinin icraatına 407 cinayət xarakterli material daxil olub, 20 material əvvəlki ildən qalıq keçib, həmin materiallardan 126 material üzrə cinayat işi başlanıb, 258 material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qararlar qəbul edilib, 9 material aidiyyəti üzrə göndərilib, 5 material cinayət işlərinə alavə olunub, 29 material növbəti hesabat dövrünə qalıq qalıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26