Interposta.Info

Polşadan ilk çarter reysi ilə 180 Azərbaycan vətəndaşı təxliyə olundu

Ölkə / Manşet
 6-03-2022, 11:02     296

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılar AZAL tərəfindən Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə Bakıya gətirilib.

"İnterPosta"-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib. İndiyədək baş tutan 8 çarter reysi ilə 1475 həmvətənimiz Azərbaycana gəlib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26