Interposta.Info

Ukraynadan təxliyə edilən daha 191 Azərbaycan vətəndaşı ölkəyə gətirildi (FOTO)

Ölkə
 4-03-2022, 22:52     359

AZAL daha 191 həmyerlimizi Vətənə çatdırıb.

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətindən "İnterPosta"-ya verlən məlumata görə, növbəti təxliyə reysi ilə Rumıniyanın Yassı beynəlxalq hava limanından 13-ü uşaq olmaqla 191 Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

Daha əvvəl AZAL-ın təxliyə reysləri ilə Ukraynada baş verən hadisələrlə əlaqədar ölkəyə qayıtmaq istəyən yüzlərlə həmyerlimiz Azərbaycana qayıdıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, AZAL hər gün həmvətənlərin daşınması üçün təxliyə uçuşları həyata keçirir. Azərbaycan vətəndaşları üçün təxliyə reysləri ödənişsiz həyata keçirilir.

Ukraynanı tərk etmiş ölkəmizin vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə əlaqə saxlaya bilərlər.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26