Interposta.Info

Şuşada şəhid olan əsgər İkinci Şəhidlər xiyabanında dəfn olundu (FOTO/YENİLƏNİB)

Ölkə / Manşet
 4-03-2022, 13:49     272

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımov dəfn edilib.

Şəhid əsgər İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

11.09

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında şəhid olan əsgər Vüsal Vüqar oğlu Kazımovun dəfn olunacağı məkan məlum olub.

Şəhid V.kazımov İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Şəhid vida mərasimindən sonra torpağa tapşırılacaq.

10:40

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan əsgər Vüsal Vüqar oğlu Kazımovun nəşi artıq ailəsinə təhvil verilib.

Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2000-ci il təvəllüdlü V.Kazımovun vida və dəfn mərasimlərinin Tovuz rayonunda olması nəzərdə tutulsa da sonradan ailəsinin qərarı dəyişib.

Onun yaxınları Bakı şəhərində yaşadıqları üçün vida və dəfn mərasimlərinin paytaxtda keçirilməsinə qərar verilib.

Qeyd edək ki, ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə gedən V.Kazımovun xidməti başa vurmasına 3 ayı qalmışdı. O, evin tək oğlu olub, bir bacısı var.

Xatırladaq ki, hadisə ilə bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb./report

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info















Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26