Interposta.Info

Bakının seysmik mikrorayonlaşdırılması xəritəsi hazırlanır

Ölkə
 4-03-2022, 11:40     250

Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması xəritəsi hazırlanır.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, Bakı seysmik baxımdan mürəkkəb quruluşa malikdir:

"Bu səbəbdən proses hazırda davam edir və uzunmüddətlidir. Bu proses 3-4 il davam edə bilər. Məsələn, Yasamal rayonunun bir tərəfi 6, bir tərəfi 7 bal gücündə zəlzələyə davamlı ola bilər. Bakı ərazisində olan bütün tikililərlə bağlı məlumatlar seysmik mikrorayonlaşdırılma xəritəsində öz əksini tapacaq”.

Q. Yetirmişli deyib ki, prosesin gedişatında əvvəlcə Bakının ayrı-ayrı rayonlarının seysmik göstəriciləri müəyyən edilir. O əlavə edib ki, bu zaman tikililərə verilən seysmik rəylər də nəzərə alınır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26