Interposta.Info

Sabahın hava proqnozu açıqlanıb

 

Ölkə
 22-02-2022, 14:30     296

Bakıda və Abşeron yarımadasında fevralın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "İnterPosta"ya verilən məlumata görə, səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi arabir əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, yüksək dağlıq ərazilərdə 8°-dək şaxta, gündüz 7-12° isti olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26