Interposta.Info

Sabahın hava proqnozu

Ölkə
 30-01-2022, 13:23     316

Yanvarın 31-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "İnterPosta"-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Yanvarın 31-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26