Tovuz rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu (RƏSMİ)

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat 22:30-dan etibarən dövlət sərhədinin Tovuzqala rayonunun Güləli yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26