Interposta.Info

Azərbaycan sərhədini pozmaq istəyən 2 nəfər saxlanıldı (FOTO)

Ölkə
 14-02-2022, 17:26     281

Azərbaycan sərhədini pozmaq istəyən 2 nəfər saxlanılıb.

Bu barədə "İnterPosta"-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fevral ayının 12-də saat 21:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun İmamverdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu "Mersedes-Benz” markalı 99-FR-932 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərdən birinin düşərək beton konstruksiyalı körpünün yanında kolların arasında gizlədilən 2 ədəd qara rəngli idman çantasını götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının "Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılıblar. Onların Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü Əşrəfli Xəyal Teymur oğlu və Tərtər rayon sakini, 1998-ci il təvəllüdlü Nəsirzadə Nicat Yaşar oğlu olmaları müəyyənləş­dirilib, əllərindəki çantalara baxış zamanı içərisində ümumi çəkisi 11 kiloqram 340 qram narkotik vasitə (4565 qram heroin, 5565 qram marixuana, 1210 qram metamfetamin) və 1000 ədəd metadon-40 psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.

Nəsirzadənin üzərinə baxış keçirilərkən gödəkçəsinin sağ cibindən xırda bükümdə 3 qram narkotik vasitə heroin aşkarlanıb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26