Interposta.Info

Məşhur azərbaycanlı professor vəfat etdi (FOTO)

 

Ölkə
 10-02-2022, 09:45     183

Dünən tibb elmləri doktoru, professor, Əməkdar Həkim Seyidov Vaqif Cavad oğlu 81 yaşında vəfat edib.

"İnterPosta" xəbər verir ki, 1970-ci ildə mədəaltı subtotal reaksiyasının qanın laxtalanma sisteminə təsiri mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi adını alıb.

1976-1979-cu illərdə isə doktorluq dissertasiyası üzərində işləmək üçün Moskva şəhərində Ümumittifaq Cərrahlıq Mərkəzinə və SSRİ Tibbi Elmlər Akademiyasının nəzdindəki İnstituta ezam olunub. 1979-cu ildə isə Elmlər Akademiyasının tibbi üzrə ixtisaslaşmış şurasında doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru adına layiq görülüb.

1982-1983-cü illərdə Bakı şəhərinin, 1983-1994-cü illərdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin baş cərrahı və eyni zamanda M.Topçubaşov adına Elmi-Cərrahi qastroenteroloji şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikasının Əməkdar həkimidir.

Həmçinin, Ali Attestasiya Komissiyası Ekspert şurasının sədri vəzifəsində işləyib.

O, mədəaltı vəz və öd yollarında aparılan bir sıra əməliyyatların mütəxəssisidir. Respublikada ilk dəfə qanın aortası üzərində rekonstruktiv əməliyyatları o aparıb. Respublikada mədə rezeksiyası zamanı kompressioan qastroenteroanastomiozunu tətbiq edib.

Vaqif Seyidov 230-dan artıq elmi işin, o cümlədən 9 monoqrafiya və metodik vəsaitin, 7 ixtira və 20 səmərələşdirici təklifin müəllifidir. O, dəfələrlə Respublika, ümumittifaq və Beynəlxalq konfederasiyaların iştirakçısı olub. 10-a qədər namizədə və doktorlara rəhbərlik edib.

Allah rəhmət eləsin!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26