Interposta.Info

General-mayor Mirqafar Seyidov vəzifəsindən azad edildi

 

Ölkə / Manşet
 5-02-2022, 14:35     461

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovu təqaüdə göndərib.

"İnterPosta"nın xəbərinə görə Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirin əmri ilə general-mayor Mirqafar Seyidov təqaüdə göndərilib.

Rəis əvəzi vəzifəsi isə Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini polis polkovniki Nəriman İmanova tapşırılıb.

Qeyd edək ki, Mirqafar Seyidov 2014-2021-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

İnterPosta.info xatırladaq ki, bu barədə ilk məlumatı APA yayıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26