Mart və aprel aylarında keçiriləcək imtahanların tarixləri açıqlandı
Mart və aprel aylarında tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının birinci mərhələsi, dövlət qulluğuna (A və B növü) qəbul imtahanı və digər imtahanların keçirilməsi nəzərdə tutulur.
Bu barədə "İnterPosta"ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahanların qrafikini təqdim edirik:
Tarix
İmtahanın adı
İmtahan yeri
5 mart
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı
Qaradağ, Xəzər, Yasamal, Nərimanov, Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar, Gürcü bölməsi
6 mart
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı
Nizami, Suraxanı, Binəqədi, Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızı
6 mart
Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün tеst imtаhаnı
Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28
12 mart
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı
Sabunçu, Səbail, Nəsimi, Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad, Xaçmaz
13 mart
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı
Xətai, Abşeron, Pirallahı, Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul, Bakı (xüsusi məktəblər - internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov), ingilis və fransız bölmələri
13 mart
Dövlət qulluğuna qəbul imtahanı (A növü)
Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28
2 və 3 aprel
· əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
· müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən 11-ci sinif şagirdləri üçün əlavə xarici dil imtahanı;
· qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli dil üzrə vermək istəyən 11-ci sinif şagirdləri üçün əlavə imtahan;
· eksternat qaydasında buraxılış imtahanı (11 illik)
Məlumat veriləcək
10 aprel
· Dövlət qulluğuna qəbul imtahanı (B növü)
· Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin V sinfinə qəbul imtahanı
Məlumat veriləcək
16 və 17 aprel
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (I zona)
Məlumat veriləcək
23 və 24 aprel
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (II zona)
Məlumat veriləcək
30 aprel və 1 may
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (III zona)
Məlumat veriləcək
Qeyd edək ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.
Digər aylarda keçiriləcək imtahanların tarixləri, həmçinin 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının rayonlar üzrə qrafiki müəyyən olunan kimi ictimaiyyətə məlumat veriləcək.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26