Avtomobilini yolun hərəkət hissəsində saxlayanlar 40 manat cərimələnəcək
Nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin müvafiq kənarından ikinci və sonrakı cərgələrdə saxlayanlar cərimə ediləcək.
Bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin müvafiq kənarından ikinci və sonrakı cərgələrdə, qanunsuz olaraq səkilərdə, habelə hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda hərəkət hissəsində dayanmasına və durmasına görə 40 manat cəimə müəyyən edilir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26