Interposta.Info

Nazir generalı təqaüdə göndərdi

Ölkə
 17-01-2022, 17:45     277

Azərbaycanda polis generalı təqaüdə göndərilib.

"İnterPosta" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Rəsmi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Xatırladaq ki, S.Əliyev bu vəzifədə 2016-cı ildən çalışırdı.

Qeyd edək ki, ilk xəbəri oxu.az saytı yayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26