Interposta.Info

Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama

 

Ölkə
 17-01-2022, 10:43     147

"İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında baş verən hadisə ilə əlaqədar toplanan ilkin materiallar rayon Polis Şöbəsinin istintaq bölməsinə verilib”.

"İnterPosta"nını məlumatına görə, bunu "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov deyib.

O bildirib ki, bağçada çalışan digər şəxslər və orada təhsil alan digər uşaqların valideynlərinin izahatları alınır: "Hazırda araşdırma davam etdirilir”.

Qeyd edək ki, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi - müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova üç yaşlı uşağı vurub. Bu barədə videogörüntülər sosil şəbəkələrdə paylaşılıb. Daha sonra Z.Baxışova təhqiqata cəlb edilib və o, işdən çıxarılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26