Interposta.Info

Bakı metrosunun əməkdaşı iş yerində vəfat etdi

Ölkə
 22-12-2021, 12:03     330

"Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki, 1965-ci il təvəllüdlü Eldar Süleymanov iş yerində vəfat edib.

Bu barədə "İnterPosta"ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Onun sözlərinə görə, mərhum bu gün səhər saat 7:55-də metronun "Elmlər Akademiyası" stansiyasında olarkən özünü pis hiss edib. Dərhal stansiyaya təcili tibbi yardım xidməti cağırılıb, buna qədər isə ona ilkin tibbi yardım edilib. Həkim gələnə qədər isə E.Süleymanov dünyasını dəyişib.

Allah rəhmət eləsin!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26